Müxalifət lideri: “Erməni əsgərlərinin tuman və maykası yoxdur” - Ermənistan partlayış ərəfəsində
“Danışıqlar haqda çağırışı müzakirə etmək üçün bir şərtimiz var”. Bu haqda Respublika meydanında jurnalistlərə açıqlama verən etirazçıların lideri, Ermənistan parlamentinin üzvü Nikol Paşinyan, hazırkı prezident Armen Sarkisyanın təklifini müzakirə edərkən deyib.
Qeyd edək ki, Armen Sarkisyan Ermənistanda yaranmış gərgin vəziyyətdən yeganə çıxıxş yolunun dialoq olduğunu bildirib.
Mediapress.az Ermənistanın News.am saytının məlumatına əsasən xəbər verir ki, Nikol Paşinyan prezidentin dialoq təklifinə sərt reaksiya verib. “Bu təklifi müzakirə etmək üçün bir şərtimiz var. Qoy Armen Sarkisyan neçənci ildə Britaniya vətəndaşlığından imtina etdiyi barədə arayış təqdim etsin”, deyən müxalifət hərəkatının lideri Müdafi nazirinin sözlərini də sərt şəkildə cavablandırıb. N.Paşinyan nazir Vigen Sarkisyanın mitinqlərin ölkənin müdafiə qabiliyyətinə mənfi təsir göstərəcəyi barədə mülahizəsinə belə cavab verib: “Qoy Vigen Sarkisyan əsgərlərə tuman və mayka alsın. Ermənistan ordusunun əsgərlərinin tuman və maykası yoxdur. Müdafiə qabiliyyətinin aşağı düşməsinə təhlükə budur. ”
Sonda müxalifət lideri Ermənistan iqtidarının təxribat yolunu tutduğunu bildirib.