Rusiyada yaşayan ermənilər Paşinyanın istefasını tələb etdilər
1645
Rusiyanın Kalininqrad vilayətinin erməniləri Ermənistanda Rusiya əleyhinə hücumları dayandırmağı tələb ediblər.
Bu barədə Ermənistan mətbuatına istinadən xəbər verir.
Kalininqrad vilayətinin erməni diasporunun üzvləri müraciətlə çıxış edərək, eyni zamanda Ermənistanın baş naziri Nikol Paşinyanın təcili istefası məsələsini də qaldırıblar.
Vilayətdəki erməni diasporu nümayəndələrinin tələbləri arasında Milli Razılıq hökumətinin yaradılması, Ermənistan parlamentinə erkən seçkilər, “Hayastan” fondundan ictimai hesab tələbi və Rusiyaya qarşı bəyanatların dayandırılması da var.
Qeyd edək ki, daha əvvəl Rusiyadakı erməni əsilli iş adamları da Nikol Paşinyanı istefaya çağırıblar.