\
2 Oktyabr 2024 - Çərşənbə

Əsirlikdə olan Amin anasına məktub yazıb - "Məndən narahat olma"

Əsirlikdə olan Amin anasına məktub yazıb - "Məndən narahat olma"
1843baxış

Mediapress.az məlumat verir ki, Şuşa uğrunda gedən döyüşlərdə əsir götürülmüş Azərbaycan Ordusunun hərbçisi Amin Musayev anasına məktub yazıb. 

Xatırladaq ki, hərbçilərimiz Amin Musayev və Bayram Kərimov 44 günlük Vətən Müharibəzi zamanı yaralanaraq, ermənilərə əsir düşüblər. Onların Ermənistan ərazisində saxlanıldığına dair məlumat var.

Düşmən tərəfindən əsir alınan Amin Musayev və Bayram Kərimovla bağlı ilk videonu ukraynalı jurnalist Aleksandr Xarçenko çəkərək, Youtube-dakı ANNA News kanalında paylaşıb. 

Azərbaycan tərəfi həmin əsirlərin geri alınması üçün beynəlxalq təşkilatlara, o cümlədər Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət edib