\
2 Oktyabr 2024 - Çərşənbə

İrəvanda bank rəhbərinin avtomobili partladıldı - Foto

İrəvanda bank rəhbərinin avtomobili partladıldı - Foto
1476baxış
İrıvanda "Armekonombank"ın icraçı direktorunun avtomobili partladılıb.
 
"Sputnik Armenia"nın verdiyi xəbərə görə, insident bu gün səhər saatlarında baş verib.
 
Partlayış Ermənistan paytaxtının Arabkir rayonunun Davtyan küçəsində baş verib.
 
Polis "Lexus" markalı avtomobilin qeyri-müyyən şəraitdə partladığını bildirib.
 
İlkin məlumata görə, hadisə nəticəsində xəsarət alan olmayıb.
 
Avtomobilin "Armeconombank"ın icraçı direktoru Aram Xaçatryanın istifadəsində olduğu bildirilir.
 
Partlayış A. Xaçatryanın sürücüsü avtomobili işə salıb bir neçə metr sürdükdən sonra baş verib.