Mingəçevir Turizm Kollecinin 5 tələbəsi Vətən müharibəsində şəhid olub
1658
Dövlət Turizm Agentliyinin tabeliyindəki Mingəçevir Turizm Kollecinin 5 tələbəsi Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması uğrunda gedən döyüşlərdə şəhid olub.
Bunu Agentliyin sədri Fuad Nağıyev bildirib.
Sədr onlarla qürur duyduqlarını qeyd edib: "Uca Tanrıdan bütün şəhidlərimizə rəhmət diləyir və hər birini qürurla anırıq!"
Xatırladaq ki, sentyabrın 27-dən noyabrın 9-na qədər davam etmiş Vətən müharibəsində 2 783 hərbçimiz şəhidlik zirvəsinə yüksəlib.