\
2 Oktyabr 2024 - Çərşənbə

Rusiya sülhməramlıları Qarabağda qəzaya düşdülər

Rusiya sülhməramlıları Qarabağda qəzaya düşdülər
1572baxış

Qarabağdakı Rusiya sülhməramlılarının olduğu avtomobil qəzaya düşüb.

Virtualaz.org bildirir ki, bu barədə “Sputnik Ermənistan” məlumat yayıb.

Bildirilir ki, hadisə Xankəndi-Əsgəran yolunun 4 kilometrliyində baş verib.

“Suzuki Vitara” markalı avtomobil Rusiya sülhməramlılarının olduğu “Ural” markalı yük maşını ilə toqquşub. Qəza nəticəsində “Suzuki”nin sürücüsü və sərnişin yerindəcə ölüb. Onların şəxsiyyətləri dəqiqləşdirilir.

Qəzanın pis hava şəraiti səbəbindən baş verdiyi deyilir.