\
23 Noyabr 2024 - Şənbə

Paşinyan əleyhinə olanlar Yerevan metrosunu bağladılar - Son dəqiqə!

Paşinyan əleyhinə olanlar Yerevan metrosunu bağladılar - Son dəqiqə!
1697baxış

Ermənistanda Paşinyanın əleyhinə keçirilən etiraz aksiyaları davam etməkdədir. 

Mediapress.az-ın əldə etdiyi məlumata görə, az öncə Yerevandakı Karen Dəmirçiyan adına olan stansiyada çaxnaşma yaranıb. Belə ki, etirazçılar bu dəfə metroda aksiya keçirməli olublar. 

Hətta bir neçə sakin özünü qatarın altına atmaqla metropoliten işçilərinə hədə-qorxu gəliblər. 

Bu barədə məlumatı Yerevan Metropoliteninin Mətbuat Xidmətinin rəhbəri öz Facebook səhifəsində yazıb:

"Səhər saat 09:08-dən metro dayanıb. Etirazçılara görə".