27 illik həsrətdən sonra Ağdamın Paprəvənd kəndindən görüntülər
1513
Azərbaycan Müdafiə Nazirliyi Ağdam rayonunun işğaldan azad edilmiş Paprəvənd kəndindən videogörüntülər yayıb. Qeyd edək ki, Azərbaycan, Rusiya və Ermənistan liderləri noyabrın 10-da Qarabağ üzrə üçtərəfli bəyanat imzalayıb. Bəyanat əsasında Ağdam rayonu noyabrın 20-də Azərbaycan Respublikasına təhvil verilib.
Xatırladaq ki, Ağdam 1993-cü ilin 23 iyul tarixində Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdi.