\
2 Oktyabr 2024 - Çərşənbə

Hadrutda atışma olub

Hadrutda atışma olub
1606baxış

Erməni silahlı birləşmələrinin Hadrut istiqamətində törətdiyi təxribat zamanı düşmənin üç hərbçisi xəsarət alıb.

Bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilir ki, dekabrın 11-də saat 20:40 radələrində Hadrutda atışma olub, nəticədə üç erməni hərbçi yaralanıb.

Xatırladaq ki, ötən gün Hadrutda ermənilərin azərbaycanlı hərbçilərə qarşı silahlı təxribat törətdiyi, nəticədə bir hərbçimizin yaralandığı barədə məlumat yayılmışdı.