Ermənistanda etirazçılar Gürcüstana gedən yolu bağladı
1594
Ermənistanda Qarabağda itkin düşən erməni əsgərlərin valideynləri etiraza davam edirlər.
“Sputnik Ermənistan” xəbər verir ki,onlar Gürcüstana gedən Gümrü-Bavra magistral yolunu bağlayaraq etiraz aksiyası keçirirlər.
Ermənistan rəhbərliyini laqeydlikdikdə günahlandıran etirazçılar İrəvan istiqamətindəki əsas yolu da bağlamaq niyyətindədirlər.
Etirazçılar Ermənistanın Müdafiə Nazirliyinin binasına da hücum çəkiblər.