\
23 Noyabr 2024 - Şənbə

Ermənistanda matəm elan edilib

Ermənistanda matəm elan edilib
1710baxış

Bu gündən Ermənistanda Dağlıq Qarabağda döyüş əməliyyatlarının gedişatında həlak olanlarla bağlı üçgünlük ümummilli matəm başlayıb.

Hökumətin mətbuat xidməti daha əvvəl bildirib ki, matəm yürüşü şənbə günü "Respublika" meydanından "Yerablur" xatirə kompleksinə qədər davam edəcək. Yürüşə baş nazir Nikol Paşinyan başçılıq edəcək.

"Yerablura təntənəli matəm yürüşü saat 13:00-da “Respublika” meydanından başlanacaq", - xəbərdə deyilir.

“Report” bildirir ki, bundan başqa, müxalifət tərəfdarları da “Azadlıq” meydanından ayrıca təntənəli yürüş keçirmək niyyətindədirlər. Onlar müharibədə uğursuzluğa görə Paşinyanı ittiham edirlər.

Müxalifət liderləri həmçinin bildiriblər ki, baş naziri matəm tədbirlərinə buraxmayacaqlar. Bu isə müəyyən gərginlik və müxalifətçilərlə polis arasında toqquşmalar ehtimalını artırır.