\
23 Noyabr 2024 - Şənbə

"Sənin oğlun burada, mənim isə qəbirdə..." - Əsgər anasından Paşinyana irad

"Sənin oğlun burada, mənim isə qəbirdə..." - Əsgər anasından Paşinyana irad
1577baxış

Bu gün Ermənistan hökumətinin təşkil etdiyi anım yürüşündə insident yaşanıb.

Baş nazir Nikol Paşinyanla dialoqa girən bir qadın ağlayaraq övladının müharibədə öldürülməsindən gileylənib.

Oğlunun müharibədən salamat qayıtmamasından yandığını deyən qadın Paşinyana bunları söyləyib: “Nikol, öləcəksənmi? Sən mənim övladımı əlimdən aldın. Mənim evim dağıldı. Növbəti dəfə məni Davitaşen körpüsünün üstündə görəcəksən. Mənim oğlum da indi səninki kimi burada olmalı idi. Amma o torpağın altında yatır...”

Bu sözləri eşidən baş nazir erməni qadına yaxınlaşaraq onu qucaqlayıb və onun əlaqə nömrəsini alıb. Bundan sonra oğlu haqqında danışan qadın bildirib ki, siyasətə qarışmır: "Amma o mənim yeganə övladım, kralım idi. Həyatım artıq mənasız hala gəlib".