Paşinyanın arvadının Xankəndindəki bayram çadırları söküldü
1979
Bu gün Xankəndi şəhərində aparılan bayram hazırlıqları Ermənistanda qalmaqala səbəb olub.
Azvision.az xəbər verir ki, erməni KİV-ləri müharibədə uduzan və xeyli sayda itki ilə üz-üzə qalan bir xalqın nümayəndələrinin bu cür davranmasını qınayıblar: “Dekabrın 25-də Xankəndində mehmanxanalardan birinin həyətində bayram çadırları və şam ağacı quraşdırılıb. Hadisəni görüb lentə alaraq etirazını bildirən Xankəndi sakini şam ağacının yığışdırılmasına nail olub”.
Qeyd edilir ki, bayram hazırlıqlarını baş nazir Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyanın rəhbərlik etdiyi fond reallaşdırıbmış .