\
24 Oktyabr 2024 - Cümə axşamı

Şəhidin məzarı sakinlər tərəfindən təmizlənir - ZAQATALADA - EKSKLÜZİV - FOTOLAR

Şəhidin məzarı sakinlər tərəfindən təmizlənir - ZAQATALADA - EKSKLÜZİV - FOTOLAR
1786baxış

Lazımi orqanlar şəhidin ruhuna hörmətsizlik edirlər

Mediapress.az xəbər verir ki, Aslanov Nəcəf Zamayıl oğlu 1994-cü ildə şəhid olub. O, Zaqatala rayonu Yengiyan kəndindəki qəbiristanlıqda dəfn edilib. Əlavə edək ki, Yengiyan kənd orta məktəbi Aslanov Nəcəfin adınadır. 

P.S. Vəssalam. Bu şəhid haqda daha heç bir mənbədə məlumat yoxdur! Onun adına bircə orta məktəb var. Bir də məzarı. Hansı ki, məzarının şəhidə aid olmasına dair heç bir nişanə yoxdur. Üstəlik,  bu azmış kimi, məzar baxımsız hala düşüb. Lazımi orqanlar şəhidin ruhuna hörmətsizlik edirlər. 

Canını bu vətən, bu millət üçün fəda etmiş şəhidimizin məzarının bugünkü halına baxın. Görəsən, Zaqatala rayon icra hakimiyyətinin əlaqədar nümayəndələri bu saymazlığa görə məsuliyyət daşımaları bir kənara, heç olmasa, vicdan əzabı çəkirlərmi? Bu atəşgah şəraitində yaşayıb. aldıqları maaşı, eləcə də rüşvətləri “yeyəndə” barı bu şəhidlərin ruhuna dualar oxuyurlarmı?

Əlavə edək ki, şəhidimizin məzarını kənd sakini Vüqar Xəlilov iki azyaşlı övladları – Qərib, Məhəmmədəli və baldızı oğlu Məhəmməd ilə təmizləyib. Hətta məzarın şəhidə aid olduğunu nümayiş etdirmək üçün Azərbaycan bayrağı da sancıb. Bundan başqa, gül-çiçəklər də əkib.