Bu gün istefaya gedən Serj Sarkisyanın anası Nora öldü - EKSKLÜZİV - SON DƏQİQƏ
9183
Bu dəqiqələrdə Ermənistanın paytaxtında bayram mitinqi keçirilir. Hadisə yerindən canlı yayınlar təşkil edən kanalların kadrlarından və verilən şərhlərdən görünür ki, 200 minədək vətəndaş Serj Sarkisyanın istefasını bayram edir.
Mediapress.az Ermənistandakı mənbələrə istinadən xəbər verir ki, sabiq baş nazirin anası Nora Sarkisyanın səhhəti bu gecə qəfil pisləşib. Onu Yerevandakı "Nairi" tibb mərkəzinə yerləşdiriblər. Qadın bu sabah ürək çatışmazlığından dünyasını dəyişib. Serj Sarkisyanın harada olduğu haqda hələlik məlumat yoxdur. Ehtimal olunur ki, mərhumə Ermənistanda deyil, Rusiyada dəfn ediləcək.
Məlumatın dəqiqliyi yoxlanır.