\
2 Oktyabr 2024 - Çərşənbə

Ermənistanda daha 11 nəfər koronavirusdan ölüb

Ermənistanda daha 11 nəfər koronavirusdan ölüb
1728baxış

Ermənistanda son sutkada 242 nəfərin COVID-19-a yoluxduğu qeydə alınıb.

Məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Bununla da Ermənistanda virusa yoluxanların sayı 166 669-a çatıb.

Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 11 nəfər artaraq 3 067-yə yüksəlib.

COVID-19 diaqnozu qoyulmuş, ancaq başqa səbəbdən ölənlərin sayı isə 762-yə yüksəlib. İndiyədək 156 645 pasiyent infeksiyadan sağalıb.

Hazırda ölkədə 6 195 aktiv koronavirus xəstəsi var.