\
2 Oktyabr 2024 - Çərşənbə

Anna Akopyan Los-Ancelesdə xəcalətdən başını qaldıra bilmədi

Anna Akopyan Los-Ancelesdə xəcalətdən başını qaldıra bilmədi
1698baxış

Ermənistanın baş naziri Nikol Paşinyanın xanımı Anna Akopyanın mühafizəçiləri ilə birlikdə Los Anceles hava limanına gəlib. Bu barədə amerikalı erməni Robert Markaryan Facebook üzərindən canlı olaraq açıqlama verib. O deyib: "Gördüyünüz kimi, Anna Akopyan xəcalətdən başını aşağı salıb, başını qaldırıb heç orada duran digər ermənilərin də üzünə baxmağa cəsarət etmədi. Xəcalət içində başını aşağı salıb hava limanından çölə çıxdı".

Ermənilər Facebook-da yazırlar ki, Anna Akopyan Nikol Paşinyanın iflasa uğramış diplomatiyasının təmsilçisidir. Onun gəlişi barədə əvvəlcədən hər hansı məlumat verilməyib və onun gəlişinin səbəbi də bəlli deyil.

“Sizin Los-Ancelesə gəlişinizdən məmnun deyilik”, - ermənilər sosial şəbəkələrdə bu kimi şərhlər yazırlar.

Ermənistan mətbuatı yazır ki, Baş nazirin xanıçı İrəvan-Doha-Los-Anceles reysi ilə Amerikaya gəlib.

Qeyd edək ki, Los-Anceles ermənilər üçün xüsusi statusda olan şəhərdir. Təsadüfi deyil ki, Los-Ancelesə “Balaca Ermənistan” deyirlər və orada yarım milyona yaxın erməni yaşayır. Amerika erməniləri bu şəhəri özlərinə paytaxt bilirlər.
Məlumdur ki, Nikol Paşinyanın xanımı dəfələrlə bu şəhərdə olub və yerli ermənilər tərəfindən xüsusi dəbdəbə ilə qarşılanıb. İndi isə Anna Akopyan bəlli səbəbdən xəcalət çəkir və amerikalı ermənilərin gözünə görünməkdən ehtiyat edir. Ona görə də o, qızı ilə birlikdə yarımgizli şəkildə Los-Anceləsə təşrif buyurub.

Bir vaxtlar Azərbaycanı yeni-yeni işğallarla hədələməkdən belə çəkinməyən bu davakar xanıma bu kimi günlər yaşadan Azərbaycan ordusuna bir daha eşq olsun deyirik.

Elbəyi Həsənli, Sürix

American Armenian: Armenia PM’s wife left Los Angeles airport with her head down in shame (news.am)