\
2 Oktyabr 2024 - Çərşənbə

Kəlbəcər və ya Laçında hava limanının yeri aprelin sonunadək müəyyən ediləcək

Kəlbəcər və ya Laçında hava limanının yeri aprelin sonunadək müəyyən ediləcək
1583baxış

İşğaldan azad edilmiş Kəlbəcər və ya Laçın rayonu ərazisində hava limanın tikintisi məqsədi ilə yerin müəyyən olunması ilə bağlı araşdırmalar aparılır.

Musavat.com-un məlumatına görə, bunu "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) vitse-prezidenti Etibar Hüseynov deyib.

Onun sözlərinə görə, sözügedən rayonlardan birində hava limanının tikintisi üçün ərazi bu ilin aprelin sonunadək müəyyən ediləcək.