\
2 Oktyabr 2024 - Çərşənbə

Xudavəng monastırına Azərbaycan hərbçiləri nəzarət edir

Xudavəng monastırına Azərbaycan hərbçiləri nəzarət edir
1606baxış

Azərbaycan tərəfi xarici vətəndaşların Kəlbəcər bölgəsindəki qədim Alban monastırı Xudavəngə (erməni versiyasına görə Dadivank - red.) girişinə qadağa qoyub.

Bu barədə virtualaz.org çexiyalı jurnalist Marketa Kutilovanın mikrobloquna istinadən xəbər verir.

M. Kutilovanın sözlərinə görə, azərbaycanlı zabit ona və digər xarici jurnalistlərə Xudavəngə daxil olmağa icazə verməyib.

"Rusiya sülhməramlıları ilə bağlı heç bir problem yoxdur, amma azərbaycanlılar xaricilərin Dadivanka girişini müsbət qarşılamır, baxmayaraq ki, ruslar tərəfindən nəzarət olunmalıdır", - virtualaz.org M.Kutilovanın mikrobloqundan sitat gətirir.

Çexiyalı jurnalistin yaydığı məlumat bunu göstərir ki, monastır Azərbaycan Silahlı Qüvvələrinin tam nəzarətindədir və monastırın girişində nəzarət nöqtəsi qurulub.