\
23 Noyabr 2024 - Şənbə

Köçəryan və Sarqsyan yenə Ermənistan müxalifətinin liderləri ilə görüşdülər

Köçəryan və Sarqsyan yenə Ermənistan müxalifətinin liderləri ilə görüşdülər
1633baxış

Ermənistanın ikinci və üçüncü prezidentləri  Robert Köçəryan və Serj Sarqsyan çərşənbə axşamı "Vətənin xilası Hərəkatı"nda təmsil olunan müxalifət qüvvələrinin liderləri ilə görüş keçiriblər.

Virtualaz.org "Qraparak" qəzetinə istinadən bildirir ki, görüş müxalifətdən baş nazir postuna vahid namizəd Vazgen Manukyanın ofisində keçirilib. Orada Manukyanla yanaşı, "Vətən" Partiyasının sədri Artur Vanetsyan, "Çiçəklənən Ermənistan"ın lideri Qagik Sarukyan və "Daşnaksutyun"un ali orqanının nümayəndəsi İşxan Saqatelyan da iştirak ediblər.

Qəzetin yazdığına görə, bu tərkibdə görüş keçən ilin dekabrında də olub.

Manukyan özü isə “Sputnik Armeniya”ya  bu məlumatı təsdiqləməyib, lakin təkzib də etməyib. O qeyd edib ki, bu cür görüşlər vaxtaşırı keçirilir və indi heç bir detalı  təqdim etmək istəmir.

Xatırladaq ki, Qarabağla bağlı üçtərəfli bəyanat imzalandıqdan sonra Ermənistanda baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi hökumətin istefası tələbi ilə etiraz aksiyaları başlayıb. Bir sıra müxalifət qüvvələri "Vətənin xilası uğrunda hərəkat"ın lideri Vazgen Manukyanın baş nazirliyə namizədliyini irəli sürüb. Müxalifət təklif edir ki, hökumət istefaya göndərilsin, müvəqqəti hökumət formalaşdırılsın, sonra növbədənkənar seçkilər keçirilsin. Öz növbəsində, hakimiyyət növbədənkənar parlament seçkisini Nazirlər Kabinetinin istefasını gözləmədən təşkil etmək təklifi ilə çıxış edir.