Ötən gün Ağdamdakı partlayışda şəhid olan əsgərimiz - Foto
1789
Ötən gün günorta saatlarında Ağdam rayonu ərazisində baş verən partlayış nəticəsində bir əsgərimiz həlak olub, ikisi isə yaralanıb.
Mediapress.az xəbər verir ki, hadisə nəticəsində həlak olan əsgər Zeynalov Qubad İslam oğludur. Vətən müharibəsinin iştirakçısı olan Zeynalov döyüşlər zamanı yaralansa da, sonradan yenidən cəbhəyə qayıtmışdı. O, döyüşlərdə göstərdiyi şücaətə görə Prezident İlham Əliyev tərəfindən “Cəsur döyüşçü” medalı ilə təltif edilmişdi.