Dağlıq Qarabağ separatçılarının lideri Nikol Paşinyanla görüşüb
Dağlıq Qarabağ separatçılarının lideri Bako Saakyan Serj Sarkisyanın baş nazir olması ilə bağlı etiraz aksiyaların rəhbəri Nikol Paşinyanla görüşüb. APA-nın erməni KİV-lərinə istinadən verdiyi xəbərə görə, B.Saakyan N.Paşinyanla görüşü zamanı mübahisəli məsələlərin dialoq yolu ilə həllinin zəruri olduğunu bildirib.
"Bako Saakyan “Vətəndaş sazişi” Partiyasının təsisçisi Nikol Paşinyanla görüşüb. Görüşdə Ermənistandakı daxili siyasi vəziyyət müzakirə edilib. Saakyan bütün mübahisəli məsələlərin dialoq yolu və qanun çərçivəsində həllinin, habelə ölkədə sabitliyin qorunmasının zəruriliyini qeyd edib”, - deyə yayılmış məlumatda bildirilir.
Bundan əvvəl Ermənistanda müxalifət lideri Nikol Paşinyan və baş nazir səlahiyyətlərini müvəqqəti icra edən Karen Karapetyan arasında aprelin 25-nə planlaşdırılan danışıqlar ləğv edilib. (apa)