\
23 Noyabr 2024 - Şənbə

Rusiya sülhməramlıları Ermənistandan icazə alan jurnalistləri Qarabağa buraxmadılar

Rusiya sülhməramlıları Ermənistandan icazə alan jurnalistləri Qarabağa buraxmadılar
1680baxış

Bu yaxınlarda fransız jurnalistlər keçmiş Fransa merlərindən birinin rəhbərliyi ilə Qarabağa getmək üçün Ermənistana gəlib. Nümayəndə heyəti Yerevandan icazə aldıqdan sonra Xankəndinə doğru yola düşüb. Lakin Laçın dəhlizində Rusiya sülhməramlıları onların yola davam etmələrinə icazə verməyiblər.

Virtualaz.org bildirir ki, bunları yerli KİV-ə açıqlamasında Ermənistanın Vatikanda və Portuqaliyadakı keçmiş səfiri, sabiq prezident Serj Sarkisyanın kürəkəni  Mikael Minasyan deyib.

Fransızlara bildiriblər ki, onlar Azərbaycan ərazisinə daxil olublar və buna görə də səfərin davam etdirilməsinə dair Ermənistandan alınan icazə etibarsızdır. Onu da deyiblər ki, əgər bu əraziyə daxil olmaq istəyirlərsə, Azərbaycan akkreditasiyasını alsınlar. Əlacsız vəziyyətdə qalan fransızlar geriyə - Yerevana qayıdaraq,  Fransa səfirinin yanına gediblər.

Minasyanın sözlərinə görə, Fransanın Ermənistandakı səfiri Conatan Lakot qeyri-rəsmi olaraq Nikol Paşinyanla əlaqə saxlayıb və nəyin baş verdiyini anlamağa çalışıb.

"Nikol Paşinyan isə ona cavab verib ki, bəli, yanvarın 11-də biz razılığa gəldik ki, beynəlxalq media Azərbaycan akkreditasiyasını almalıdır, ümumiyyətlə, yaxşı olardı ki, onlar bütün bu işlərə qarışmasınlar. Conatan Lakotun susmaqdan başqa çarəsi qalmayıb”, - deyə M.Minasyan vurğulayıb.