\
25 Noyabr 2024 - Bazar ertəsi

Ermənilər yenidən küçələrə çıxdılar - Hakim partiya bütövlükdə devrilənə qədər

Ermənilər yenidən küçələrə çıxdılar - Hakim partiya bütövlükdə devrilənə qədər
1128baxış

Bu gün Nikol Paşinyanın çağırışı ilə Ermənistan vətəndaşları yenidən paytaxtın Respublika meydanına toplaşmağa başlayıblar. Beləliklə, etiraz dalğası yeni mərhələyə qədəm basacaq. Belə ki, müxalif hərəkatın üzvləri Serj Sarkisyanın istefasından sonra hakim Respublika partiyasının nə yolla olur-olsun iqtidarda qalmaq cəhdindən şübhələnirlər.   

News.am-ın məlumatına görə, mitinq bu gün yerli vaxtla saat 11:00-da başlayacaq. Baş nazir əvəzi Karen Karapetyan Nikol Paşinyanla görüşdən imtina etdikdən sonra müxalif hərəkətin liderləri bütövlükdə iqtidar partiyasına qarşı mübarizəyə başlayıblar.

Xatırladaq ki, müxalif hərəkatın lideri Nikol Paşinyanla baş nazir əvəzi Karen Karapetyan bu gün görüşəcəkdilər. Lakin dünən axşam K.Karapetyan N.Paşinyanla görüşdən rəsmən imtina etdiyi barədə bəyanat yayıb. Baş nazir əvəzi bəyanatda bildirib ki, müxalif hərəkatın liderləri onun qarşısında yeni şərtlər qoyublar və müzakirə olunacaq gündəmi özləri seçəcəklərini bildiriblər. Hətta görüşmək istədikləri iqtidar nümayəndələrinin siyahısını da özbaşına hazırlayıblar. Bu isə hakim Respublika partiyası üçün qəbuledilməzdir.   

Mediapress.az