\
25 Noyabr 2024 - Bazar ertəsi

Ermənistanda müxalifətə qarşı qanlı planlar hazırlanır - Sarkisyanın partiyası iqtidarı xoşluqla əldən verməyəcək

Ermənistanda müxalifətə qarşı qanlı planlar hazırlanır - Sarkisyanın partiyası iqtidarı xoşluqla əldən verməyəcək
1929baxış

Ermənistanda hakim Respublika partiyası iqtidardan düşməmək üçün ciddi cəhdlə çalışır. Onların məqsədi Serj Sarkisyanın istefasından sonra başqa bir respublikaçını baş nazir postuna gətirməkdir. Müxalif hərəkatın lideri Nikol Paşinyan isə baş nazir postuna şəxsən iddialı olduğunu bildirərək deyib: “xalq istəsə, mən baş nazir olaram”.

News.am saytının məlumatına görə, bu gün parlamentdə çıxış edən hakim fraksiyanın rəhbəri Vahram Baqdasaryan Respublika partiyasının əvvəlki kimi sıx birlik şəklində fəaliyyət göstərdiyini bildirib və əlavə edib ki, partiya növbədənkənar seçkilərə hazırlaşacaq. “Biz Milli Məclisdə çoxluqdayıq. Baş nazir postuna namizədin kimliyini müəyyən edəcəyik”, deyən iqtidar fraksiyasının rəhbəri jurnlistlərdən birinin sualı qarşısında çıxılmaz vəziyyətə düşüb. Jurnalistin sualı belə səslənib: “Ola bilərmi ki, baş nazir əvəzi Karen Karapetyan da Serj Sarkisyan kimi sabah desin ki, Paşinyan haqlı imiş, mən səhv etmişəm?” Fraksiya rəhbəri suala  ötəri cavab verməklə kifayətlənib: “Bu gün Karen Karapetyan baş nazirin vəzifələrini icra edir, o bütün vəzifə səlahiyyətlərinə malikdir”.

Analitiklərin fikrincə, ölkədə ictimai-siyasi vəziyyət son dərəcə kritikdir. İqtidardan olan məmurlar, oliqarxlar və digər maraqlı qüvvələr idarə rıçaqlarını əldən verməmək üçün hər bir radikal addıma hazırdırlar. Ölkədə müxalif qüvvələrə qarşı məkrli planlar hazırlanır.

Mediapress.az