Bu gün Yerevanın yolları iflic vəziyyətə düşəcək
Bu gün müxalif qüvvələrin çağırışı ilə Ermənistanın paytaxtındakı əsas yollar və körpülərdə avtomobillərin hərəkəti məhdudlaşdırılacaq. Yük maşınları yolları bağlayacaqlar. Digər avtomobillərin sürücülərinə isə yerli vaxtla saat 12:05-də olduqları yerdə qalmaları haqda müraciət olunub.
News.am-ın məlumatına görə, etiraz mitinqi 26 aprel günorta saatlarında başlayacaq. Barəsində məkrli planlar hazırlandığından xəbərdar olan Nikol Paşinyan Yerevanda hərəkəti iflic vəziyyətən salmaq üçün Sevan magistral yolundan 80 yük maşınının paytaxta gələcəyini bildirib.
Nikol Paşinyan bugünkü etiraz hərəkatına Lambada körpüsündən qoşulacaq. Yerli vaxtla saat 19:00-da paytaxtın Respublika meydanında izdihamlı mitinq planlaşdırılıb.
Xatırladaq ki, dünənki çıxışı zamanı Nikol Paşinyan xalqa müraciət edərək deyib: “Cəmi bir addım qalıb və biz bu tarixi bitirəcəyik”.