\
23 Noyabr 2024 - Şənbə

Ermənistan Prezidenti Administrasiyası: "Sarkisyan Bakıda olmayıb"

Ermənistan Prezidenti Administrasiyası: "Sarkisyan Bakıda olmayıb"
1479baxış

Ermənistan Prezidenti Administrasiyası guya onun Bakıya səfər etməsi barədə şayiələri təkzib edib.

Virtualaz.org bildirir ki, bu barədə "Sputnik-Ermənistan" məlumat yayıb.

Qeyd olunur ki, bir müddət əvvəl "İravunk" qəzeti Makedoniyanın Ermənistandakı keçmiş fəxri konsulu Araik Sarkisyanın sözlərini sitat gətirmişdi. Diplomat Ermənistan prezidentindən "noyabrın 17-də Bakıda nə edirdi" deyə soruşmağı təklif etmişdi.

"Bəzi KİV-də Armen Sarkisyanın noyabrın 17-də guya Bakıda olduğu barədə xəbərlər yer alır. Bu, açıq-aydın yalan və dezinformasiyadır. Prezident nə həmin gün, nə də başqa bir gündə Bakıda olmayıb",- deyə Ermənistan prezidenti mətbuat xidmətinin yaydığı məlumatda bildirilir.

17 noyabr 2020-ci il tarixinə gəlincə, qeyd olunur ki, A.Sarkisyan həmin gün işçi gündəliyinə əsasən, Yerevanda Kanadanın Ermənistanda yeni təyin olunmuş səfiri Elison Meri Lekleri qəbul edib. O, etimadnaməsini ona təqdim edib.