\
1 Oktyabr 2024 - Çərşənbə axşamı

Qarabağda daha üç erməni əsgərinin qalıqları tapıldı

Qarabağda daha üç erməni əsgərinin qalıqları tapıldı
1462baxış

Qarabağda son döyüşlər zamanı məhv edilmiş daha 3 erməni hərbçinin cəsədinin qalıqları tapılıb.

Virtualaz.org “Sputnik Armeniya”ya istinadən bildirir ki,  bu barədə Ermənistan FHN-in nümayəndəsi məlumat verib.

Bildirilir ki, axtarışlar Hadrut və Füzuli bölgəsində aparılıb. Erməni hərbçilərin cəsədlərinin qalıqları Füzuli istiqamətində tapılıb. Onların kimliyi məhkəmə tibbi ekspertizası ilə müəyyən ediləcək.

Axtarışlar bu gün də davam edəcək.

Qeyd edək ki, 13 noyabr 2020-ci il tarixindən bu günə qədər döyüş bölgəsində 1499 erməni hərbçinin cəsədi və ya qalıqları tapılıb.