\
27 Noyabr 2024 - Çərşənbə

Müdafiə Nazirliyi: Şəxsi heyət və hərbi texnika təlim bölgəsinə yola düşüb

Müdafiə Nazirliyi: Şəxsi heyət və hərbi texnika təlim bölgəsinə yola düşüb
1764baxış

Əməliyyat-taktiki təlimlərin planına əsasən həyəcan siqnalı ilə qaldırılan qoşunlar, komanda idarəetmə məntəqələri, döyüş və ehtiyat hərbi hissələri əməliyyat təyinatı rayonlarına çıxarılır.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Qoşunların yerdəyişməsi tələblərə uyğun olaraq gizli və operativ şəkildə həyata keçirilir. Şəxsi heyətin və hərbi texnikanın bütün hərəkəti komendant xidməti tərəfindən tənzimlənir.

 

***10:26

Əməliyyat-taktiki təlimlərin rəhbərliyi, eləcə də Azərbaycan Ordusunun təlimlərə cəlb edilən şəxsi heyəti və xüsusi texnikası təlim bölgəsinə yola düşüb.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Yerdən və havadan müşayiət ediləcək kolonların hərəkət marşrutlarında komendant xidməti təşkil olunub.

Təlimlər martın 18-dək davam edəcək.