\
1 Oktyabr 2024 - Çərşənbə axşamı

MN-in rəhbərliyi Bərdə şəhərindəki Şəhidlər xiyabanını ziyarət etdi

MN-in rəhbərliyi Bərdə şəhərindəki Şəhidlər xiyabanını ziyarət etdi
1560baxış

Xalqımızın milli-mənəvi dəyərlərini və qədim ənənələrini özündə əks etdirən Novruz bayramı ərəfəsində, Torpaq çərşənbəsi ilə əlaqədar Müdafiə Nazirliyinin (MN) rəhbər heyəti Bərdə şəhərindəki Şəhidlər xiyabanını ziyarət edib.

MN-in Mətbuat xidmətindən virtualaz.org-a bildiriblər ki, ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəman Vətən övladlarının xatirəsi ehtiramla yad edilib, məzarları üzərinə gül dəstələri qoyulub.