\
1 Oktyabr 2024 - Çərşənbə axşamı

İlham Əliyev və Mehriban Əliyeva Şuşada tarixi bərpa edirlər

İlham Əliyev və Mehriban Əliyeva Şuşada tarixi bərpa edirlər
1483baxış

İlham Əliyev son iki ayda Şuşaya ikinci dəfə səfər edib.

Bir müddət əvvəl Azərbaycanın birinci vitse-prezidenti Mehriban xanım Əliyeva İnstagram-da video materialını və xalqa qısa bir müraciətini paylaşıb.

 

Azərbaycan Prezidenti İlham Əliyev Şuşadakı tarixi abidənin - Karvansarayın bərpası haqqında sərəncam verib. Şuşa Karvansarayı Şeytan bazar meydanında yerləşən XIX əsrin məşhur tarixi memarlıq abidəsidir. XIX əsrdə karvansaray daha çox Hacı Əmiraslan bəyin tövləsi kimi tanınırdı.

İşğal dövründə tarixi və memarlıq abidəsi əyalət mağazası kimi istifadə edilib, nəfis memarlıq isə barbarcasına məhvə məruz qalıb.

Azərbaycan dövlətinin başçısı Şuşaya səfəri zamanı Qarabağ paytaxtının əsas görməli yerlərindən birini ən qısa müddətdə bərpa və restavrasiya etmək barədə göstəriş verdi.  Videoda Azərbaycanın birinci vitse-prezidenti Mehriban xanım Əliyeva memarlıq ornamentinə heyran olduğunu gizlətmir.

Bununla yanaşı, Azərbaycan Prezidentinin sərəncamı ilə görkəmli Azərbaycan şairi, mütəfəkkir və dövlət xadimi Molla Pənah Vaqifin məqbərəsinin bərpasına başlanıb. Prezident və Mehriban Əliyeva məqbərəni ziyarət etdilər. Dövlət başçısının sözlərindən məlum oldu ki, məqbərə Heydər Əliyev Fondu tərəfindən bərpa olunur və Heydər Əliyev tərəfindən ötən əsrin 80-ci illərinin əvvəllərində yaradılan ilkin orijinal görünüşünü alacaq. "Mehriban xanımın rəhbərliyi ilə Heydər əliyev Fonduna xas olan zövqlə", - deyə dövlət başçısı əlavə edib.

İlham Əliyev eyni zamanda Qarabağ xanlığının qurucusu Pənahəli xanın sarayının bərpasını tapşırdı.

Prezident İ.Əliyev həmçinin bildirdi ki, işğalçı qoşunlar tərəfindən Üzeyir bəy Hacıbəyovun, Xurşud Banu Natəvanın və Bülbülün sökülüb güllələnən büstləri ötən səfərində bərpa edilib...