\
1 Oktyabr 2024 - Çərşənbə axşamı

Ağdamda minaya düşən şəxslərin kimliyi bilindi (YENİLƏNİB)

Ağdamda minaya düşən şəxslərin kimliyi bilindi (YENİLƏNİB)
1591baxış
Ağdamda minaya düşən şəxslərin kimliyi məlum olub.
 
Trend-in məlumatına görə, onlar Hüseynov Akif Muxtar oğlu, Hüseynov Razi Akif oğlu, Hüseynov Bayram Akif oğlu, Hüseynov Anar Nadir oğlu, Hüseynov Hüseyn Razi oğludur.
 
Hazırda ərazidə minatəmizləmə işləri aparılır. Bu səbəbdən yaralıları ərazidən götürmək mümkün deyil. Minatəmizləmə işləri bitdikdən sonra yaralılar oradan götürüləcək.
 
Qeyd edilir ki, minaya düşənlərdən Hüseynov Hüseyn Razi oğlu Hüseynov Akifin nəvəsidir və o, heç bir xəsarət almayıb.
 
 18:16
 
Ağdam rayonunda 5 nəfər mülki şəxs piyada əleyhinə minaya düşüb.
 
 
Qaynarinfo Trend-ə istinadən məlumat verir ki, hadisə rayonun işğaldan azad edilən ərazisində qeydə alınıb. Hadisə zamanı bir nəfərin ölüb, dörd nəfər isə xəsarət alb.
 
Yaralılar xəstəxanaya yerləşdirilib. Ölən və yaralı şəxslərin şəxsiyyəti hələlik müəyyənləşməyib.
 
Faktla bağlı araşdırma aparılır.