\
1 Oktyabr 2024 - Çərşənbə axşamı

İtkin düşmüş erməni hərbçilərindən biri ölüb

İtkin düşmüş erməni hərbçilərindən biri ölüb
1687baxış

Ermənistanda itkin düşmüş iki hərbçidən biri ölüb. Bununla bağlı Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb. Bir neçə gün öncə yoxa çıxan Jermuk hərbi hissəsinin əsgərləri tapıldıqdan sonra onlardan biri-Karen Şahnazaryan adlı hərbçi xəstəxanaya yerləşdirilib. Ağasi Ovannisyanın isə həyatını xilas etmək mümkün olmayıb. Hazırda hərbi polis hadisənin təfərrüatlarını araşdırır.

Xatırladaq ki, Müdafiə Nazirliyi bazar ertəsi məlumat yayaraq bildirmişdi ki, martın 21-də güclü qar fırtınası zamanı bir postdan digərinə keçid edən iki müqaviləli hərbçi ilə əlaqə kəsilib.