\
23 Noyabr 2024 - Şənbə

"Ermənistan Türkiyəyə yanaşmasına düzəlişlər etməlidir" - Ermənistan Təhlükəsizlik Şurasının katibi

"Ermənistan Türkiyəyə yanaşmasına düzəlişlər etməlidir" - Ermənistan Təhlükəsizlik Şurasının katibi
1494baxış
 Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan, rus sülhməramlılarının Dağlıq Qarabağda "mümkün qədər uzun müddət qalacaqlarına" ümid etdiyini deyib, çünki onların mövcudluğu "sabitlik deməkdir".
 
Mediapress.az erməni KİV-lərinə istinadən məlumat verir ki, A.Qriqoryan açıqlamasında Ermənistan-Türkiyə münasibətlərinə də toxunub: 
 
- Ermənistan Türkiyəyə yanaşmasına düzəlişlər edib, tənzimləməlidir.

- Əgər bölgənin kommunikasiyasını blokdan çıxarırıqsa, onda yanaşmalarımızda müəyyən düzəlişlər edilməlidir. Biz bu istiqamətdə işləyirik.

-Türkiyədən heç bir təhlükə gəlmədəyini birmənalı olaraq demək səhv olardı, ancaq bölgədəki ümumi proseslər başqa imkanlar da açır.

- Biz hesab edirik ki, blokdan çıxma yalnız Azərbaycana aid olmamalıdır. Buna daha geniş bir regional yanaşma lazımdır. Bunun üçün imkanların olduğunu düşünürük.