\
23 Noyabr 2024 - Şənbə

Cəbrayılda işğaldan azad edilən əraziyə keçmək istəyən şəxslər saxlanıldı

Cəbrayılda işğaldan azad edilən əraziyə keçmək istəyən şəxslər saxlanıldı
1466baxış

Cəbrayıl Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən işğaldan azad olunan, lakin minalardan tam təmizlənməmiş ərazilərə keçməyə cəhd göstərən şəxslərin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində yaradılmış postdan polis əməkdaşlarının qanuni tələbini pozaraq idarəsində olduğu “Mersedes” markalı avtomobillə keçməyə cəhd göstərən Əfsər Məhərrəmov və sərnişini Mahir Həmidov saxlanılıb.

Saxlanılan şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək məhkəməyə göndərilib. (DİN)

Mediapress.az