\
1 Oktyabr 2024 - Çərşənbə axşamı

Şuşada ermənilərin atıb qaçdığı silahlar tapıldı (FOTO)

Şuşada ermənilərin atıb qaçdığı silahlar tapıldı (FOTO)
1460baxış
İşğaldan azad edilmiş Şuşa şəhərində erməni silahlı qüvvələrinin müharibə zamanı atıb qaçdığı silah-sursat aşkar edilərək götürülüb.
 
Şuşa Rayon Polis Şöbəsinin əməkdaşlarının və Daxili Qoşunların hərbi qulluqçularının Dövlət Təhlükəsizlik Xidmətinin aidiyyatı qurumları ilə birgə keçirdikləri növbəti belə tədbirlər zamanı Şuşa şəhəri ərazisindən 1 ədəd pulemyot, 5 ədəd avtomat, 1 ədəd qumbaraatan, 31 ədəd müxtəlif növ qumbara, 14 ədəd müxtəlif növ mərmi, 18 ədəd avtomat darağı, 2628 ədəd müxtəlif çaplı patron və digər silah-sursatlar aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. (DİN)