Sarkisyan seçkilərdə iştirak etməyəcək
Ermənistanın keçmiş prezidenti Serj Sarkisyanın sədri olduğu Respublikaçılar Partiyası iyunun 20-də keçiriləcək növbədənkənar parlament seçkilərinə qatılmayacaq. Bunu “Joxovurd” qəzeti yazıb.
Məqalədə qeyd olunub ki, S.Sarkisyan yaxın ətrafına seçkilərdə iştirak etməyəcklərini və keçmiş prezident Robert Koçaryanı dəstəkləməyəcəklərini deyib. O bildirib ki, Vətən Partiyasının sədri, Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoru Artur Vanesyana dəstək vermək niyyətindədirlər.
Respublikaçılar Partiyasının tanınmış simaları isə bəyan edib ki, S.Sarkisyan seçkilərdə şəxsən iştirak etməzsə, onlar R.Koçaryanın başçılıq etdiyi siyahı üzrə namizəd olacaqlar.
Qəzetin yazdığına görə, keçmiş baş nazir Vazgen Manukyanın başçılıq etdiyi “Vətənin xilası uğrunda hərəkat”da vahid siyahı ilə bağlı fikir ayrılığı var.