Erməni zabit atasının məzarında özünü güllələdi
1456
Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin keçmiş əməkdaşı Vanadzor şəhərində atasının məzarında özünü güllələyib. “Sputnik Ermənistan” xəbər verir ki, hadisə 30 mart tarixində, saat 18:00 radələrində baş verib. Hadisə şahidlərinin kömək çağırmasından sonra Hayk X. adlı zabit Vanadzor tibb mərkəzinə aparılsa da, orada keçinib.
İlkin məlumatlara görə, o, özünü “Makarov” tapançası ilə başından vurub.