\
25 Aprel 2024 - Cümə axşamı

Oğuzun Xaçmaz kənd sakinləri Şəhidlər Xiyabanını abadlaşdırıblar - Fotolar

Oğuzun Xaçmaz kənd sakinləri Şəhidlər Xiyabanını abadlaşdırıblar - Fotolar
1186baxış
Oğuz rayonunun Xaçmaz kəndi... Birinci Qarabağ Müharibəsində 25 şəhid, İkinci Qarabağ Müharibəsində isə 8 şəhid ..
 
Bu günlərdə kənd əhalisinin təşəbbüsü ilə maliyyə yığılaraq Şəhidlər Xiyabanı abadlaşdırılıb.
 
Bu barədə Mediapress.az-a abadlaşdırmada əmək sərf edənlərdən biri olan Vüsal Oğuz məlumat verib.   
"Bütün sakinlərin maliyyə dəstəyi, həmçinin kənd əhalisinin əməyi sayəsində Şəhidlər Xiyabanında abadlıq işləri aparmağı özümüzə borc bildik. Qısa müddət ərzində böyük işlər görüldü. Şəhidlər Xiyabanında əbədi məşəl və xatirə abidəsi ucaldıldı. İməclik etdik: xiyabana gedən yola qazon döşənildi, güllər və ağaclar əkildi. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Onların qanı, canı sayəsində Qarabağımızı geri qaytardıq. Ruhları qarşısında baş əyirik!" - deyən sakin bundan sonra Şəhidlər Xiyabanındakı abadlıq işlərini davam etdirəcəklərini də əlavə etdi.  
 
Aydan