Türkiyədə texniki peşə məktəbində Mübariz İbrahimovun xatirəsi əbədiləşdirilib
1454
Türkiyənin Dənizli vilayətində Texniki peşə məktəbinin texniki iş otağına Milli Qəhrəman Mübariz İbrahimovun adı verilib.
Aprelin 12-də Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun adını daşıyacaq yeni yaradılmış, texniki kodlama emalatxanası və texniki iş otağı açılacaq. Otaqda Mübariz İbrahimovun qəhrəmanlığı və Azərbaycan-Türkiyə qardaşlığından bəhs edən tablolar, divar rəsmləri əks olunub. Açılış tədbirində Azərbaycan Respublikasının Türkiyədəki diplomatik korpusunun nümayəndəlikləri, o cümlədən səfirliyin təhsil müşaviri Nəcibə Nəsibova da iştirak edəcək.