Qarabağda daha bir erməni hərbçisinin qalıqları tapıldı
1487
İkinci Qarabağ müharibəsi zamanı ölmüş daha bir erməni hərbçisinin meyitinin qalıqları tapılıb.
Virtualaz.org erməni KİV-lərinə istinadən bildirir ki, cəsəd Cəbrayıl rayonu ərazisində aşkarlanıb. Onun şəxsiyyətini müəyyənləşdirmək üçün məhkəmə-tibb ekspertizası təyin ediləcək.
Xatırladaq ki, ikinci Qarabağ müharibəsindən sonrakı dövr ərzində - 13 noyabrdan bəri 1544 erməni hərbçinin cəsədi və ya cəsədinin qalıqları tapılaraq qarşı tərəfə təhvil verilib.