\
26 Aprel 2024 - Cümə

Paşinyan istefa verdi

Paşinyan istefa verdi
1477baxış

Ermənistanın baş naziri Nikol Paşinyan istefa verib.

Bu barədə o, xalqa müraciətində bəyan edib.

Mövcud konstitusiyaya görə növbədənkənar seçkilərin keçirilməsi yalnız baş nazir istefa verdikdə, parlament isə yenisini iki dəfə seçmədikdə mümkündür.

"Konstitusiya müddəalarının həyata keçirilməsi və parlamentin buraxılması üçün mən bu gün istefa verirəm", - deyə o bildirib.

"Bu gün istefa verməyə bilərdim, amma bunu məhz Vətəndaş günündə etmək qərarına gəldim. Beləliklə, vətəndaşdan aldığımız hakimiyyəti ona qaytarırıq ki, o, azad, ədalətli və rəqabətli seçkilər vasitəsilə hakimiyyətin gələcək taleyini həll etsin", - deyə N.Paşinyan vurğulayıb.

Bununla belə, Paşinyan hökumət başçısı vəzifəsini artıq müvəqqəti icra edən şəxs kimi yerinə yetirməkdə davam edəcək.

Mediapress.az