\
20 Aprel 2024 - Şənbə

Qəhrəman Azərbaycan xüsusi təyinatlıları İsparta dağlarında

Qəhrəman Azərbaycan xüsusi təyinatlıları İsparta dağlarında
1943baxış

Türkiyənin Milli Müdafiə Nazirliyi özünün rəsmi internet saytında Azərbaycan ordusunun xüsusi təyinatlılarının bu ölkənin İsparta bölgəsində keçirilən dağ-komando təlimlərində iştirakına dair fotoları yayıb. 

Məlumatda deyilir ki, Türkiyə Silahlı Qüvvələrinin İsparta Terrorla mübarizə Tədris və Təlim Komandanlığında keçirilən dağ-komando təlimlərində iştirak edən qəhrəman Azərbaycan əsgərləri dağlıq ərazilərdə axtarış-zərərsizləşdirmə əməliyyatlarını məşq edirlər.

Xatırladaq ki, bu günlərdə Azərbaycan ordusunun bölmələri Türkiyədə həm də “Anadolu qartalı-2021” təlimlərində iştirak edirlər.

Virtualaz.org