Erməni əsgərinin ölümü bədbəxt hadisə kimi qələmə verilir - Meyit valideynlərinə göstərilmir
Dünən Ermənistanın ikinci şəhəri olan Gümrüyə Qarabağdan Mqer Zirobyan adlı hərbçinin cənazəsi gətirilib. Mqer kontrakt əsasında müddətdən artıq xidmət edən əsgər olub. Mediapress.az-ın News.am-a istinadən yaydığı xəbərə görə, bu gün meyiti Şirak vilayətinin Maralik şəhərciyində dəfn edəcəklər. News.am-ın məlumatında bildirilir ki, Mqer Zirobyan Dağlıq Qarabağın cənub-şərqində hərbi xidmətdə olub və bədbəxt hadisə nəticəsində dünyasını dəyişib. Lakin əsgər anası bədbəxt hadisə versiyasını tamamilə inkar edir. Çünki meyit ciddi cəhdlə valideynlərinə göstərilmir və Gümrü şəhərində dini ayinləri keçdikdən sonra birbaşa Maralik şəhərinə gətirilərək, orada dəfn olunacaq.
Ermənilərin Hetq.am saytının araşdırmalarına görə, cəbhə xəttində nisbi sakitlik hökm sürsə də, son zamanlar Hadrut istiqamətində erməni hərbçiləri arasında dəfələrlə silahı insident yaşanıb. Mqer Zirobyanın Hadrutdakı hərbi hissələrdən birində xidmət etmiş olması onun belə bir insidentlərin birində öldürüldüyü fikrini ortaya atır.