Ermənistan “Dağlıq Qarabağdan” əlini çəkirmi?! - Separatçı rejim qorxu içindədir
1809
Ermənistanda yaranmış gərgin ictimai-siyasi vəziyyətlə əlaqədar olaraq Qarabağdakı separatçı rejimin müdafiəsi məsələsi arxa plana keçib. Bu, həm də onunla əlaqədardır ki, devrilmiş Serj Sarkisyan məhz “Qarabağ klanı”nın başında duran şəxs olub. Ermənistandan Dağlıq Qarabağ regionuna yeni hərbi çağırışçıların göndərilməsi prosesi hələlik dayanıb. Odur ki, Ermənistanda vəziyyət stabilləşənə qədər separatçılar öz rejimlərini təkbaşına qorumalı olacaqlar. Bu səbəbdən separatçı rejimin başçısı Bako Saakyan və “müdafiə naziri” Levon Mnasakanyan təmas xəttinə baxış keçiriblər.
News.am-ın məlumatına görə, Bako Saakyan təmas xəttindəki real vəziyyətlə yerində tanış olub və hərbçilərə bir neçə tapşırıq verib.