Daha bir erməni əsgəri öldü
1886
Ermənistanda daha bir hərbi qulluqçunun meyiti tapılıb. News.am-ın ölkənin Müdafiə nazirliyinə istinadən yaydığı xəbərə görə, bu gün gecə saat 01:10 radələrində cəbhənin şimal-şərq istiqamətində (M.P. erməni tərəfdən) sıravi Artur Qasparyanın meyiti aşkar olunaraq götürülüb. 1998-ci il doğumlu əsgərin başında güllə yarası aşkar edilib.
Hadisənin səbəbləri araşdırılır.