Vətən Müharibəsində yaralılara yardım edən yaralı həkim... - FOTOLAR
1960
… 44 günlük Vətən Müharibəsi Azərbaycan xalqına zəfər sevincini bəxş etməklə yanaşı, xalqımızın qəhrəman oğullarını da bir daha öz xalqına tanıtdı. Onlardan biri də Hüseynov Hamletdir…
Tibb xidmət mayoru Hüseynov Hamlet Vaqif oğlu 1983-cü ildə Füzuli rayonunun Merdinli kəndində anadan olub. O, Əfqanıstan, Türkiyə və s. ölkələrdə təlim keçərək, peşəkarlığını artırıb. Bir neçə xarici dili mükəmməl bilir. Hal-hazırda ali təhsilini doktrontura pilləsində davam etdirməkdədir.
Bakıda hərbi hospitalda xidmət etməsinə baxmayaraq, 2020-ci ildə 44 günlük müharibədə könüllü olaraq öz doğulduğu rayonda xidmət etmək üçün raport yazaraq, təkidlə ön xətdə olmaq istədiyini bildirib və ezamiyyətə göndərilib. Hamlet həkim bir neçə yaralı əsgərlərimizi döyüş bölgəsindən çıxarılmasına yardım edib.
10 oktyabrda yaralıları döyüş mövqeyindən çıxararkən, düşmən snayperi başından və bədənindən vurub. Xoşbəxtlikdən güllə dəbilqəyə və qoruyucu bronjiletə dəyib. Buna baxmayaraq, döyüşçü yoldaşlarını bir an belə olsun tək buraxmayıb, onları meydandan çıxarılmasını sona qədər təmin edib. Belə anların birində düşmən tərəfindən ayaından da yaralanıb.
Bu zaman zabitimiz keçdiyi döyüş təcrübəsindən istifadə edib, özünə ilk tibbi yardım göstərdikdən sonra döyüş mövqeyindən sürünərək çıxmağı bacarıb. Hər iki ayağından ağır əməliyyat keçirən hərbçimiz hazırda da xidməti borcunu yerinə yetirməkdədir. Göstərdiyi şücaətə görə Ali Baş Komandan İlham Əliyev, Müdafiə Nazirliyi və Milli Məclis tərəfindən bir neçə təltif və medallara layiq görülüb.
P.S. Vətən Müharibəsində neçə-neçə igid oğullar haqq savaşının iştirakçısı, şəhid və ya qazi oldular. Sonunda zəfər çaldığımız bu müharibə Azərbaycan xalqının Vətənə necə bağlılığını, onun üçün gözünü qırpmadan canından keçməyə hazır olduğunu bir daha nümayiş etdirdi.
Könül Aypara