\
27 Aprel 2024 - Şənbə

Ermənistan Ordusunun daha bir acınacaqlı durumu - Eksklüziv - Foto

Ermənistan Ordusunun daha bir acınacaqlı durumu - Eksklüziv - Foto
1871baxış
Ermənistan ordusunun hazırkı acınacaqlı vəziyyəti barədə yerli kütləvi informasiya vasitələri (KİV), həmçinin Paşinyanı iqtidardan uzaqlaşdırmağa çalışan qruplar həyəcan təbili çalmaqda davam edirlər. Mediapress.az-ın məlumatına görə, bu dəfə Azərbaycan-Ermənistan sərhədindəki erməni əsgərlərinin postlarının fotoları qalmaqal yaradıb. Fotoları “5165” hərəkatının üzvü Arsen Qriqoryan paylaşıb. O, “bu şəkillər erməni sərhədindəki hərbi hissələrdə çəkilib. “Əvvəl hərbi hissələrimizdə şokolad üstündə dalaşırdılar, indi isə çiyələk yeyirlər”, - deyən o kreslolarda oturanlar ordumuzu bax belə saxlayırlar!” – deyə kinayə ilə Paşinyan və onun ətrafındakılara eyham vurub. Könül Aypara