\
24 Oktyabr 2024 - Cümə axşamı

Cəbhədə daha bir erməni əsgəri məhv edildi

Cəbhədə daha bir erməni əsgəri məhv edildi
1701baxış

Cəbhədə daha bir erməni əsgəri məhv edilib. Mediapress.az-ın NEWS.am-a istinadən yaydığı xəbərə görə, dünən saat 13:20 radələrində cəbhənin şimal-şərq hissəsində (qeyd: erməni tərəfdən) atışma zamanı bir erməni əsgəri ölümcül yaralanıb. Bu, 1998-ci il təvəllüdlü Vaçe Çilingəryandır.

Separatçı rejimin nümayəndələri hadisənin səbəblərini araşdırırlar. İlkin versiyaya görə, əsgər kəşfiyyata yollanarkən öz mövqelərinə yaxın ərazidə məhv edilib.

Mediapress.az