Arutyunyan yenə Şoyquya zəng etdi
1554
Ermənistan müdafiə naziri vəzifəsini icra edən Vaqarşak Arutyunyan Rusiya müdafiə naziri Sergey Şoyqu ilə telefonda danışıb.
Axar.az xəbər verir ki, tərəflər arasında əsas müzakirə mövzusu Ermənistan-Azərbaycan sərhədindəki situasiya olub.
Nazirlər həmçinin Rusiya sərhədçilərinin Ermənistan-Azərbaycan sərhədinin Zəngəzur (Sünik) və Geqarkunik bölgələrindəki hissələrinin Ermənistan ordusu ilə birgə yerləşməsini də müzakirə ediblər.